Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi Taalatbek Masadikov seçilib. Korrekt.az xəbər verir ki, bu barədə qurumun hazırkı rəhbəri İmanqali Tasmaqambetov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Qırğızıstan nümayəndəsi olan Taalatbek Masadikov 2026-cı il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq. O, əvvəllər KTMT baş katibinin müavini vəzifəsində çalışıb və beynəlxalq münasibətlər sahəsində geniş təcrübəyə malikdir.
Qeyd edək ki, KTMT-nin bu gün keçirilən sammiti Qırğızıstanın paytaxtı Bişkekdə Ermənistanın iştirakı olmadan baş tutub.





















