image-1backend

Bu ölkədə Telegram messencerinə giriş bloklandı – şirkətə 30 gün vaxt verildi  

image-ads-728x90

İraq hakimiyyəti Telegram messencerinə ölkə ərazisindən girişi məhdudlaşdırıb. Qərar şirkətin yerli qanunvericiliyin tələblərinə əməl etməməsi və qanun pozuntularına yol açan məzmunun silinməsi istiqamətində lazımi tədbirlər görməməsi ilə əsaslandırılıb.

Korrekt.az xəbər verir ki, bu barədə İraq hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş nazirin tapşırığı əsasında Media və Kommunikasiya Departamenti Telegram-a girişi bloklamaq qərarına gəlib. Eyni zamanda, messencerin rəhbərliyinə hüquqi statusunu ölkə qanunvericiliyinə uyğunlaşdırmaq və aşkar edilmiş pozuntuları aradan qaldırmaq üçün 30 gün vaxt verilib.

Qeyd edək ki, İraqın bu addımı regionda Telegram-a qarşı tətbiq edilən məhdudiyyətlərin genişləndiyini göstərir.

Bundan əvvəl İordaniyanın İctimai Təhlükəsizlik Departamenti də Telegram messencerinə girişi blokladığını açıqlamışdı. İordaniya hakimiyyəti qərarı milli təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırıb.

Rəsmi açıqlamada messencerin ekstremizm və radikal ideyaların yayılması, eləcə də milli təhlükəsizliyə təhdid yaradan kibercinayətkarlıq halları üçün platformaya çevrildiyi iddia olunub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki