image-resizebackend

Rusiya Kiyevdəki körpülərə raket zərbələri endirib

image-ads-728x90

Rusiya qüvvələrinin Kiyevdəki körpülərə raket zərbələri endirdiyi bildirilir. Paytaxtın meri Vitali Kliçko hücumla bağlı məlumatı təsdiqləyib.

Kliçkonun sözlərinə görə, Kiyevdə Şimal və Cənub körpüləri istiqamətində zərbələr qeydə alınıb. Hadisə nəticəsində dəymiş ziyanın miqyası hələlik məlum deyil.

Bundan əlavə, yerli Teleqram kanalları Kiyevin sol sahilində istilik və su təchizatında fasilələrin yarandığını bildirir.

Hadisənin nəticələri və infrastruktur obyektlərinə dəyən ziyanla bağlı əlavə məlumatın açıqlanacağı gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki