Türkiyənin “Sözcü TV” televiziya kanalında səhər saatlarında polis əməliyyatı keçirilib.
Korrekt.az xəbər verir ki, məhkəmə qərarına əsasən televiziya binasında axtarış aparılarkən, ətrafda gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Əməliyyat çərçivəsində “Sözcü TV”nin İdarə Heyətinin sədri Funda Tuncer Sıdalının saxlanıldığı, kanala isə Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum (idarəçi) təyin edildiyi bildirilib.
“İstanbul Baş Prokurorluğu tərəfindən Ali Məhkəmənin daha əvvəl ləğv etdiyi, qanun pozuntusu aşkarlamadığı və cinayət tərkibi olmadığını təsdiqlədiyi bir işə istinadən “Sözcü Qrupu”nda axtarış aparılır. Qəyyum qərarı hazırda “Sözcü TV” və “sozcu.com.tr” saytını əhatə edir”, – deyə “Sözcü Media Qrupu”nun vəkili Ersan Barkın açıqlamasında bildirib.
“Sözcü” qəzetinin köşə yazarı və “Sözcü TV”nin şərhçisi İsmayıl Saymaz sosial media hesabında paylaşım edərək qeyd edib:
“Televiziya binasına polislər gəlib, içəridə axtarış aparılır. İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı saxlanılıb. TMSF tərəfindən kanala idarəçi təyin edildiyi bildirilir”.
YENİ Partiyasının sədri Özgür Özəl və İYİ Partiyanın lideri Müsavat Dərvişoğlu sosial media hesablarında məsələyə sərt reaksiya veriblər.Musavat.com





















