image-1backend

Küçədə siqaret çəkənlər oxusun! Yeni cərimələr gəlir…  

image-ads-728x90

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər son oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

Korrekt.az xəbər verir ki, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək.

Qəbul olunan layihəyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

“Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Bu qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki