Məhəmməd Bağır Zülqadir İsrail hücumunda öldürülən Əli Laricaninin yerinə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
İsrail hücumunda öldürülən Əli Laricaninin yerinə təyin edilən briqada generalı Məhəmməd Bağır Zülqadir İran dərin dövlətinin ən nüfuzlu şəxslərindən biri kimi tanınır.
1954-cü ildə Fars əyalətində anadan olan Məhəmməd Bağır Zülqadir inqilabdan əvvəl rejimin ən sadiq əsgərlərindən biri kimi seçilib. Tehran Universitetində iqtisadiyyat və dövlət idarəçiliyi üzrə təhsil alan və Milli Müdafiə Ali Universitetində strateji idarəetmə üzrə doktorluq dərəcəsi alan Zülqadir, İran-İraq müharibəsi zamanı Ramazan Qərargahına komandanlıq edib.
Zülqadir 1989-cu ildən 1997-ci ilə qədər İnqilab Keşikçiləri Korpusunun (İKK) Qərargah rəisi vəzifəsində çalışıb. Daha sonra 2005-ci ilə qədər İKK-nın Baş Komandanı vəzifəsini icra edərək ordunun modernləşdirilməsində əsas rol oynayıb. Əhməd Necatın dövründə Daxili İşlər Nazirinin müavini vəzifəsində çalışıb, təhlükəsizlik və hüquq-mühafizə orqanlarına rəhbərlik edib və rejimin daxili təhlükəsizlik strategiyalarını şəxsən formalaşdırıb.
Hərbi və bürokratik karyerasından sonra Zülqədir 2010-cu ildən 2021-ci ilə qədər məhkəmə orqanının rəis müavini vəzifəsində çalışıb və 2021-ci ilin sentyabrında Məqsədyönlülük Müəyyənləşdirmə Şurasının (MMŞ) baş katibi təyin edilib.





















