Rusiya xarici işlər naziri Sergey Lavrov Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında keçirilən 12-ci Səfirlər Dəyirmi Masası zamanı söhbətdən yayınaraq söyüş söyüb.
Onun çıxışı Rusiya XİN-in sosial media hesabında yayımlanıb.
Kadrlarda Rusiya xarici işlər nazirinin sağında oturan həmsöhbətlə danışdığı, aparıcının isə jurnalistlər arasında suallar vermək istəyənləri axtardığı görünür. Lavrov həmsöhbətinə müraciət edərək deyir: “Təxmin etdiniz, bu kifayətdir”.
Daha sonra aparıcı Yəməndən olan bir jurnalisti mikrofona çağırır.
Xarici işlər naziri həmsöhbətinə “Xeyr (söyüş söyür), …cəhənnəmə kimi”, – deyib və sonra üzünü media mənsublarına tutub.
2016-cı ildə Lavrov bir jurnalisti söyüb. Rusiya diplomatiyasının rəhbəri onu çəkən jurnalistdən soruşub: “Nə istəyirsiniz?” Sonra o, yoluna davam edərək rus dilində deyib: “Debillər!”





















