Korrekt.az xəbər verir ki, Lufthansa sözçüsü xəbər agentliklərinə bildirib ki, şirkətin Tehran istiqamətinə və əksinə bütün uçuşları 29 mart tarixinə qədər ləğv edilib.
Şirkət əvvəllər təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən təyyarələrinin İran hava məkanı üzərindən uçmayacağını açıqlamışdı.
Bu qərar regional gərginliyin artması və ABŞ-nin İrana qarşı hərbi əməliyyat aparma ehtimalı ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib.
İranda ölkə miqyasında etirazların geniş və zorakı şəkildə yatırılmasından sonra ABŞ rəsmiləri dəfələrlə mümkün cavab tədbirləri barədə xəbərdarlıq ediblər ki, bu da beynəlxalq şirkətlərin təhlükəsizlik qiymətləndirmələrinə təsir edib.





















