Avropa İslam Respublikasının uzunmənzilli raket qabiliyyətini nümayiş etdirdiyi halda, onun nüvə silahı əldə etməsinə icazə verə bilməz.
Korrekt.az xəbər verir ki, bunu İtaliyanın baş naziri Corcia Meloni deyib. O, “Lauretta” qəzetinə müsahibəsində ABŞ-İran razılaşmasını “çox mürəkkəb” adlandırıb və onun mərkəzində üç məsələnin lazımlığını vurğulayıb: “İslam Respublikasının nüvə proqramı, regional ölkələrin təhlükəsizliyi və naviqasiya azadlığı”. Baş nazir birinci məsələnin İslam Respublikasının nüvə proqramının taleyi olduğunu bildirib və əlavə edib ki, Avropa ayətullah rejiminə nüvə silahı əldə etməyə icazə verə bilməz.





















