image-1backend

Məsciddə  imam vəhşicəsinə döyüldü -VİDEO

image-ads-728x90

Türkiyədə məscidddə imam döyülüb. Korrekt.az xəbər verir ki, İstanbul şəhərinin Bahçelievler rayonunda yerləşən Siyavuşpaşa Mərkəz Məscidi məscidində imam-hatibə hücum edilib.

Məlumata görə, məsciddə bayram təmizliyi aparan imam Səlami Bəyazdaş naməlum şəxsin hücumuna məruz qalaraq xəsarət alıb.

İmamın ifadəsinə əsasən, hadisə zamanı şübhəli şəxs süpürgənin elektrikdən ayrılmasını istəyib və namaz qılacağını bildirib. Səlami Bəyazdaş isə təmizliyi bitirdikdən sonra bunu edəcəyini deyib. Bundan sonra şübhəli şəxs süpürgənin fişini çıxarıb.

Bir müddət sonra isə imamın yanına yaxınlaşaraq onun üz nahiyəsinə ardıcıl yumruq zərbələri endirib. İmam kömək istəmək üçün məscidin həyətinə qaçsa da, hücum edən şəxs onu orada da vurub və daha sonra hadisə yerindən qaçıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralı imamı xəstəxanaya çatdırıb. Müayinələr zamanı onun burun qığırdağının sındığı, üst dodağında ciddi zədə olduğu və sağ gözünün altında ağır travma aldığı müəyyən edilib.

Polisə müraciət edən imam hücum edən şəxsi tanımadığını və ondan şikayətçi olduğunu bildirib.

İstanbul Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.C.Y. saxlanılıb.

Məlumata görə, saxlanılan şəxsin daha əvvəl psixoloji müalicə aldığı müəyyən olunub. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki