image-1766216601_1766215341_597241577_1596074088414959_6048178407292516057_nbackend

Məşhur azərbaycanlı reper yüksək vəzifədə çalışır – FOTO

image-ads-728x90

Məşhur “Dəyirman” qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır.

Korrekt.az xəbər verir ki, bununla bağlı Modern.az məlumat yayıb.

Bildirilib ki, o, 2023-cü ildən “AzerGold” QSC-də müşavir kimi fəaliyyət göstərir.

Qeyd olunub ki, “Dəyirman” qrupu dağıldıqdan sonra A. Abdullayev karyerasını musiqi sahəsində davam etdirməyib. Keçmiş reper Azərbaycan Dövlət Neft və Sənayə Universitetində “Neft-qaz mühəndisi” ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində MBA proqramı üzrə magistr təhsili alıb.

O, ali təhsil aldığı ixtisas üzrə bir müddət xaricdə çalışıb. Azərbaycana qayıdandan sonra isə 2011-2023-cü illərdə “SOCAR – Integrated drilling” trestində “Ümid”, “Bulla-dəniz” qazma istehsalat idarəsinin rəhbəri, qazma işləri üzrə müşavir vəzifələrində çalışıb.

Xatırladaq ki, “Dəyirman” hip-hop qrupu 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərib.

Qrup üzvləri Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev olub. “Dəyirman” 1999-cu ildə Azərbaycan musiqi səhnəsində “Ya Qarabağ, ya ölüm” mahnısı ilə uğur qazanıb.

Sözügedən mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi sənədli filmlə remiks olunub.

image-1766216616_1766215323_1766153678_513168519_23966449766355071_1487620158988456576_n image-1766216617_1766215401_1766153255_anar6 image-1766216601_1766215341_597241577_1596074088414959_6048178407292516057_n



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki