Son günlər cəbhədə uğurlu əməliyyatlar icra edən Ukrayna ordusunun polkovniki müəmmalı şəkildə ölüb.
Korrekt.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukraynanın 154-cü Mexanikləşdirilmiş Briqadasının komandiri, polkovnik Volodimir Kononnikov Kiyevdə bir mənzildə ölü tapılıb.
İlkin məlumata əsasən, meyit üzərində zorakılıq izləri aşkar edilməyib. Ölümün dəqiq səbəbi istintaqın yekunundan sonra açıqlanacaq.
Ukrayna ordusunun son günlər keçirtdiyi əməliyyatlarda göstərdiyi igidliyə görə məşhurlaşan Volodimir Kononnikovun ölümü ölkə rəhbəri Volodimir Zelenski tərəfindən nəzarətə götürülüb.





















