Sosial şəbəkələrdə argentinalı ulduz Lionel Messinin Kataloniyaya qayıdacağı barədə məlumat yayılıb. Korrekt.az xəbər verir ki, buna səbəb İspaniya çempionu “Barselona”nın Messinin fotosunu paylaşması səbəb olub. Lakin İspaniya mediası qeyd edib ki, klub dünya çempionu Argentina millisinin hücumçusu Lionel Messini 39-cu doğum günü münasibətilə təbrik edib.
Kataloniya klubu Messinin komandanın formasında çəkilmiş şəklini yayımlayıb.
Messi 2001-ci ildən 2021-ci ilə qədər “Barselona” sistemində olub və 35 titul qazanıb.






















