Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad edilib.
Korrekt.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin mayın 26-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Səsvermə nəticəsində N.Əliyev hakim vəzifəsindən azad olunub. pizza hut
Qeyd edək ki, Əliyev Nural Turab oğlu 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakülətsini bitirib. 2009-2016-cı illərdə Ali Məhkəmənin katibi, 2016-2018-ci illərdə Sabunçu Rayon Prokurorluğunda müstəntiq vəzifələrində çalışıb.
2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub.
N.Əliyev 2022-ci ilin dekabr ayının 23-də Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.





















