image-1backend

Milyarderlər 5 ilə dünyaya nəzarəti ələ alacaq- The Guardian

image-ads-728x90

Dünya ən varlı insanların sürətli sərvət toplamasının yeni bir mərhələsinə qədəm qoyur. “The Guardian” qəzetinin yazdığına görə, ən zənginlərin sərvətini artırma tempi kəskin yüksəldikcə, 2031-ci ilə qədər dünyada milyarderlərin sayı təxminən 4000 nəfərə çata bilər.

Korrekt.az  xəbər verir ki, Knight Frank şirkətinin analitiklərinin fikrincə, hazırda dünyada 3110 milyarder fəaliyyət göstərir. Bu rəqəmin növbəti beş il ərzində 25% artaraq 3915-ə çatacağı proqnozlaşdırılır.

Həmçinin multimilyonerlərin sayı da sürətlə artır. 30 milyon dollardan çox sərvətə malik insanların sayı 2021-ci ildəki 162 mindən 713 mindən çoxa yüksəlib ki, bu da üç dəfədən çox artım deməkdir.

Knight Frank-ın tədqiqat rəhbəri Liam Bailey bildirib ki, milyarderlərin və milyonerlərin sərvəti əsasən texnologiya və süni intellektdən əldə olunan gəlir sayəsində “eksponensial olaraq” artıb. O qeyd edib:

“Biznesi genişləndirmək üçün imkanlar heç vaxt bu qədər böyük olmayıb. Texnologiya və süni intellekt sürətli və nəhəng sərvət yaratmaq potensialını asanlaşdırıb.”

Araşdırmaya görə, milyarderlərin sayı ən sürətlə Səudiyyə Ərəbistanında artacaq; 2026-cı ildə 23 olan milyarderlərin sayı 2031-ci ildə 65-ə çatacaq. Polşada bu rəqəm 13-dən 29-a, İsveçdə isə 32-dən 58-ə yüksələcək.

Eyni zamanda, ən varlılarla ən kasıblar arasındakı fərq artmaqda davam edir. Dünya Bərabərsizliyi Hesabatına görə, dünya əhalisinin yalnız 0,001%-i olan 60.000-dən az insan, bəşəriyyətin ən yoxsul yarısının sərvətindən üç dəfə çox sərvətə sahibdir.

Bu fonunda, super varlılardan daha yüksək vergilər tələb edən çağırışlar artmaqdadır. Oxfam xeyriyyə təşkilatı ötən il milyarderlərin sayının ilk dəfə 3000-i keçdiyini və onların ümumi sərvətinin 18,3 trilyon dollara çatdığını açıqlayıb.

Dünyanın ən zəngin insanı İlon Maskdır; onun sərvəti 785,5 milyard dollar təşkil edir. Google-ın həmtəsisçisi Larri Peyc 272,5 milyard dollarla ikinci, Amazon-un təsisçisi Ceff Bezos isə 259 milyard dollarlıq sərvəti ilə üçüncü yerdədir.

Son xəbərlərə görə, martın 23-də OnlyFans-ın sahibi və milyarder Leonid Radvinski uzun müddət xərçənglə mübarizə apardıqdan sonra vəfat edib. Əslən Odessadan olan milyarder uşaqlığında ailəsi ilə birlikdə Çikaqoya köçüb.

Forbes jurnalı isə daha əvvəl dünyanın ən varlı insanlarının siyahısını yeniləyib; siyahıya yeddi ukraynalı dollar milyarderi daxil olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki