Erməni müğənnisi və Robert Köçaryanın oğlu Levon Köçəryanın həyat yoldaşı Siruşo bu barədə sosial media səhifəsində hüquq-mühafizə orqanlarının dünən “Pregomesh Production” QSC-də apardığı axtarışlara və Baş nazir Nikol Paşinyanın “əmlak məhrumiyyəti” ilə bağlı açıqlamalarına istinad edərək yazıb.
Korrekt.az xəbər verir ki, o, xüsusilə qeyd edib:
“Ölkənin Baş naziri məni, bizi və övladlarımı əmlakdan məhrum etməklə hədələyir.
Həyatımdakı dəyərlər nə əmlakla başlayır, nə də bitir. Məni bununla qorxutmaq mənasızdır. 7 və ya 8 yaşımdan bəri işləyirəm. Yaratdıqlarımı məhv etsəniz belə, yeni bir şey yaradacağam.
Mənim genlərim ermənidir. Məbədimi dağıtsın belə, mən onu başqa yerdə tikəcəyəm”.





















