image-1backend

Müharibə başlayandan ilk dəfə – Ukraynada hərbçilər tərxis olunacaq

image-ads-728x90

2026-cı ilin sonunda Ukraynada hərbi qulluqçuların qismən tərxisi həyata keçiriləcək.

Korrekt.az xəbər verir ki, bu barədə müdafiə naziri Mixail Fyodorov yerli TSN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, proses 2022-ci ildən və ya daha əvvəldən xidmətdə olan hərbçiləri mərhələli şəkildə əhatə edəcək.

“Biz kalkulyator yaradacağıq. Hər bir hərbi qulluqçu hansı ayda (xidmətdən tərxis olunmağa – red.) düşə biləcəyinə baxa biləcək”, – M. Fyodorov qeyd edib.

Bununla yanaşı, müdafiə qurumunun rəhbəri qeyd edib ki, hətta müqaviləsi qüvvədə olan hərbçilər də tərxis oluna biləcəklər:

“Əgər siz noyabr və ya dekabr aylarında tərxisə düşürsünüzsə, o zaman prezident fərmanının qüvvəsi birinci dərəcəli əhəmiyyət kəsb edəcək. Müqavilə imzalamağınıza baxmayaraq”.

Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov “Liga”ya müsahibəsində indiki şəraitdə tərxisi qeyri-mümkün adlandırmışdı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki