NATO-nun baş katibi Mark Rutte Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə yüksək qiymət verib.
Korrekt.az Türkiyə məttbuatına istinadən xəbər verir ki, Rutte bildirib ki, Türkiyə hazırda müdafiə sənayesi sahəsində mühüm inkişaf mərhələsindən keçir və bu istiqamətdə demək olar ki, inqilabi dəyişikliklər baş verir.
“Türkiyənin müdafiə sənayesində gördüyü işlərdən çox şey öyrənə bilərik”, – deyə NATO baş katibi vurğulayıb.





















