image-1backend

Netanyahu: “Vəziyyət dəyişməsə, seçkilərdə məğlub olacağıq”

image-ads-728x90

İsrailin Baş naziri Benyamin Netanyahu mətbuata qapalı görüşlərdə sədri olduğu “Likud” partiyasının reytinqinin düşdüyünü etiraf edib. Vəziyyətin belə davam edəcəyi təqdirdə növbəti seçkilərdə məğlub olacaqlarını bildirən B.Netanyahu deyib: “Bu dəstəyi necə geri qazanacağımı bilmirəm”.

Korrekt.az xəbər verir ki, İsrailin “KAN” ictimai yayım orqanının məlumatına görə, Baş nazirin bu sözləri onun öz partiyasının vəziyyətindən narahat olduğunu və reytinqləri yüksək göstərən sorğulara inanmadığını göstərir.

Son sorğulara əsasən, keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun “Yashar” partiyasının reytinqi sürətlə artır, “Likud”un dəstəyi isə azalır.

İsrailin “Channel 13” telekanalının sorğusu göstərir ki, seçki bu gün keçirilsə, Eyzenkotun partiyası parlamentdə 24, “Likud” isə cəmi 19 yer əldə edə bilər.

Eyni sorğuda baş nazir postuna kimin daha layiq olduğu barədə suala respondentlərin 46%-i Eyzenkotun, 35%-i isə Netanyahunun adını çəkib. 19% isə rəy bildirməkdən çəkinib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki