image-1backend

Orta məktəblərdə geyim qaydalarına dəstək üçün “Məktəblim” kampaniyası BAŞLADI

image-ads-728x90

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən orta məktəblərdə dövlət tərəfindən müəyyən edilmiş geyim qaydalarına yüksək ictimai dəstəyin ifadəsi olaraq yeni layihə elan edilib.

Vətəninfo.az  xəbər verir ki, Agentlik bu məqsədlə “Məktəblim” adlı fotolayihəyə start verib.

Layihə çərçivəsində bütün ictimaiyyət nümayəndələri fəal olmağa çağırılır. Vətəndaşlardan doğmalarının və yaxınlarının məktəbli geyimlərində olan fotolarını “#Məktəblim” və “#Azərbaycan” həştəqləri ilə sosial şəbəkələrdə paylaşmaları xahiş olunur.

Təşəbbüsün əsas məqsədi sosial media məkanını əziz uşaqların – Azərbaycan məktəblisinin parlaq simaları ilə bəzəmək və ümumi ictimai həmrəyliyi nümayiş etdirməkdir.

“Bizə qoşulun!” – deyə QHT Agentliyi ictimaiyyətə çağırış edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki