Pakistan hakimiyyəti Gilgit-Baltistan Himalay bölgəsinə nizami hərbi hissələr yerləşdirib. Ölkə daxilində çoxsaylı tədbirlər qadağan edilib.
Korrekt.az xəbər verir ki, Reuters agentliyinin verdiyi məlumata görə, bu tədbirlər ABŞ və İsrail tərəfindən İranın bombalanmasına qarşı kütləvi etirazlardan sonra görülüb.
Gilgit-Baltistan İnformasiya Naziri Qulam Abbas hakimiyyət orqanlarının asayişi qorumaq üçün Gilgit və Skarduda üç günlük qoşun yeritdiyini və üç günlük komendant saatı tətbiq etdiyini açıqladı. Həftə sonu etirazçılar Skardudakı BMT ofisini yandırdılar. Hərbçilərlə toqquşmalarda bir əsgər də daxil olmaqla on dörd nəfər həlak oldu.
İranın Ali Lideri Əli Xameneinin ABŞ-İsrail əməliyyatı nəticəsində ölümü ilə bağlı xəbərlər Pakistanda Amerika əleyhinə etiraz dalğasına səbəb olub və bu etirazlar şiddətli toqquşmalara çevrilib. İğtişaşlar nəticəsində 36 nəfər ölüb, 201 nəfər yaralanıb.





















