image-1backend

“Paşinyan hakimiyyətdə qalsa, Ermənistanda çox şey dəyişəcək…” – Politoloq

image-ads-728x90

“Ermənistanda seçkilərə yaxınlaşdıqca ölkədə vəziyyət getdikcə gərginləşir.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq Arzuman Muradlı qeyd edir ki, bu gərginliyin əsas səbəbi iki ziddiyyətli meyldir: bir tərəfdən Ermənistanın Baş naziri Nikol Paşinyan sülh mesajları verir, digər tərəfdən isə erməni millətçiləri müharibə çağırışları edirlər.

“Paşinyan açıq şəkildə bəyan edir ki, Ermənistanın daha güclü dövlət olmaq üçün Türkiyə və Azərbaycanla əlaqələri inkişaf etdirməsi vacibdir. Paşinyanın bu açıqlamaları erməni revanşistlərini qıcıqlandırıb. Eyni zamanda, Ermənistanda Rusiyaya və İrana bağlı qüvvələr də Paşinyanın hakimiyyətdə qalmasını qəbul etmirlər. Buna görə də, baş nazirə qarşı son günlərdə hətta ölüm hədələri irəli sürülüb.”– deyə Arzuman Muradlı bildirib.

Politoloq vurğulayır ki, Paşinyan dediklərində israrlı olsa, Ermənistanın iqtisadiyyatını gücləndirmək potensialı var.

“Lakin bu, asan olmayacaq, çünki böyük regional qüvvələr, xüsusilə Kreml, Paşinyanın hakimiyyətdə qalmasını dəstəkləmir.”– deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki