Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş həyat yoldaşı Anna Hakobyan ilə yenidən bir araya gəlib.
Korrekt.az xəbər verir ki, bu barədə Hraparak məlumat yayıb. Bildirilir ki, Paşinyan bu gün Anna Hakobyanla birlikdə Gümrü şəhərinə səfər edib.
Xatırladaq ki, cütlük bir müddət əvvəl ayrıldıqlarını açıqlamışdı. Onların birlikdə görüntülənməsi isə münasibətlərin yenidən bərpa olunması ilə bağlı iddiaları gücləndirib.





















