Korrekt.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində canlı yayım zamanı yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır .
“ Mən bu məsələ ilə bağlı mövqeyimi açıq şəkildə ifadə etmişəm və demişəm ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Bunun əsaslandırılması nədir? Dünən çıxış etdim və son illərdə Qarabağ hərəkatının davam etməməsinin vacibliyindən danışıram. Əgər bu gün yeni Konstitusiya qəbul etsək və həmin Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad varsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz deməkdir. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenidən başlatdığımız deməkdir. Əgər Azərbaycanla münaqişəni yenidən başlatsaq, bu, artıq sülhün mümkün olmadığı deməkdir . Kim Azərbaycanla müharibə etmək istəyirsə bu ağılsız bir addımdır. Biz sülhün tərəfdarıyıq”, – deyə Paşinyan bildirib .





















