Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov İsveçrənin həftəlik “Die Weltwoche” qəzetinə verdiyi müsahibədə bildirib ki, Rusiya Üçüncü Dünya Müharibəsinə başlamaq niyyətində deyil və Ukraynaya qarşı nüvə silahından istifadə etmək niyyətində deyil, çünki məqsədlərinə nüvə silahı olmadan çatmaq istəyir.
Korrekt.az xəbər verir ki, Peskov bildirib ki, “Təhlükəsizliyimizi təmin etmək üçün tədbirlər görəcəyik, amma heç vaxt Üçüncü Dünya Müharibəsinə başlamayacağıq”.
Onun sözlərinə görə, Rusiya yeni dünya müharibəsinin təşəbbüskarı olmaq üçün çox böyük və məsuliyyətli bir ölkədir.
Peskov əlavə edib ki, Rusiya AB-nin təzyiqinə uyğunlaşıb və müharibəni lazım olduğu qədər davam etdirə bilər.





















