image-1backend

Pezeşkian: “Biz sülh tərəfdarıyıq, amma müharibə olsa…”

image-ads-728x90

İran Prezidenti Məsud Pezeşkian ölkəni müdafiə etməyin hər bir xalqın hüququ olduğunu bildirib.

Korrekt.az xəbər verir ki, Pezeşkian çıxışı zamanı İranın ABŞ ilə diplomatik həll yolları axtardığı bir vaxtda hərbi hücuma məruz qaldığını deyib.

Onun sözlərinə görə, həmin dövrdə İranın Ali Rəhbəri, hərbi komandirləri, dövlət rəsmiləri, alimləri, tələbələri və digər vətəndaşları həlak olub, ölkənin şəhərləri və infrastrukturu hücumların hədəfinə çevrilib.

İran Prezidenti müharibənin təşəbbüskarının Tehran olmadığını, lakin ölkəsinin hücuma qarşı müqavimət göstərdiyini vurğulayıb.

“Ölkəni müdafiə etmək hər bir millətin haqqıdır. İran da bu hüquqdan istifadə edib”, – deyə Pezeşkian bildirib.

Pezeşkian həmçinin müsəlman ölkələri arasında qarşıdurmaya yol verilməməsinin vacibliyini qeyd edib.

“Heç bir müsəlman ölkəsi başqa bir İslam torpağına qarşı təcavüz platformasına çevrilməməlidir və heç bir İslam ölkəsi qonşusunun hesabına öz təhlükəsizliyini təmin etməməlidir”, – İran Prezidenti vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki