image-1backend

 Pezeşkian: “İstehsal dayandırılmasın deyə öz kabinetimin də işığını söndürərəm”

image-ads-728x90

İran Prezidenti Məsud Pezeşkian sənaye və istehsal müəssisələrinin fəaliyyətinin dayandırılmasına yol verməyəcəklərini bildirib.

Korrekt.az xəbər verir ki, Pezeşkian Tehranda qatıldığı tədbirdə çıxışı zamanı istehsalın fasiləsiz davam etdirilməsinin ölkə iqtisadiyyatı üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

O qeyd edib ki, müəssisələrin su, qaz və elektrik enerjisi ilə təminatında fasilələrin yaranmaması üçün bütün zəruri imkanlar səfərbər ediləcək.

İran Prezidenti istehsalın davamlılığını təmin etmək məqsədilə hətta öz iş otağında elektrik enerjisinin kəsilməsinə və istilik sisteminin minimum səviyyəyə endirilməsinə hazır olduğunu bildirib.

“İstehsalın dayanmaması üçün öz kabinetimin də elektrikini kəsərəm”, – deyə Pezeşkian vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki