image-1backend

Lukaşenko: Tramp BMT-nin baş katibi olsun

image-ads-728x90

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın BMT-nin Baş katibi təyin edilməsini təklif edib.

Korrekt.az xəbər verir ki, Belarus liderinin sözlərinə görə, Tramp təşkilatın işini canlandıra və bir çox yeni təşəbbüslər irəli sürə bilər.

Belarus prezidentinin bəyanatının videosu dövlət başçısının mətbuat xidmətinə yaxın olan “Pul pervoga” Telegram kanalı tərəfindən yayımlanıb.

“Mən Tramp tərəfdarıyam. Seçkilərdə onu açıq şəkildə dəstəkləyirəm. BMT-nin rəhbəri təyin olunmalı şəxs odur. O, oradakı bataqlığı tez bir zamanda canlandıracaq. O, bizə çoxlu təşəbbüslər təklif edəcək”, – deyə Lukaşenko IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransının kənarında bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki