Bakıdakı Alman apteklərinin müştərisi bu apteklərin vergidən yayındığını iddia edib.
Tribuna.az xəbər verir ki, şikayətçi Nuray Vahabova bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Alman aptekindən əvvəllır dərman alanda ƏDV qayıdırdı, indi isə yox:
“İndi isə yazılıb ki, ƏDV-nin qayıtmasına əsas verən pərakəndə ticarət və ya ictimai iaşə sahəsinə uyğun deyil.
Bəs əvvəl uyğun idi?
Həmçinin dərmanın qəbzini də istəməsən vermirlər.
10 euroluq dərmanı 200 manata satırlar, üstəlik vergidən də yayınırlar”.
Qarşı tərəfi dinləməyə hazırıq.






















