“Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi zəruridir və bu, Azərbaycanın əsas tələblərindən biridir. Artıq İrəvanda da konstitusiya dəyişikliyinin qaçılmaz olduğunu anlayırlar.”
Bu fikirləri Azərbaycan Televiziyasının (AzTV) efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev səsləndirib.
Deputat Nikol Paşinyanın siyasi mövqeyinə də münasibət bildirib.
“O, Ermənistanın baş naziri kimi ölkə tarixində hakimiyyətdə olmuş ən ağıllı liderdir. Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının zəruriliyini anlayır. Paşinyan konstitusiya dəyişikliyini həyata keçirə bilməsə, növbədənkənar seçkilərə getmək məcburiyyətində qala bilər. Ermənistanın bir yolu var. Bu da Konstitusiyanın dəyişdirilməsi ilə sülh müqaviləsinin bağlanmasıdır”, – deyə deputat qeyd edib.





















