image-1backend

Politoloq: “İran ABŞ-ın tələblərini qəbul etməyəcək”

image-ads-728x90

“İran ABŞ qarşısında geri çəkilmir. Regionda hazırda ciddi gərginlik hökm sürür. İran prezidentinin bu gecə verdiyi açıqlama bir daha sübut edir ki, Tehran heç bir güzəştə getmək niyyətində deyil”.

Bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, ABŞ-ın irəli sürdüyü tələbləri İranın qəbul etməsi mümkün deyil:

“Vaşinqton İranın uranın zənginləşdirilməsindən tamamilə imtina etməsini və mövcud ehtiyatları ABŞ-a təhvil verməsini tələb edir. Rəsmi Tehran isə bunu qəbuledilməz hesab edir. İran anlayır ki, uranı təhvil versə belə, təzyiqlər və hücumlar yenə də davam edə bilər. Buna görə də Tehran bu şərtlərlə razılaşmayacaq”.

Arzuman Muradlı qeyd edib ki, mümkün sülh razılaşması yalnız İranın maraqlarına uyğun olduğu halda baş tuta bilər:

“Əks halda, müharibə qaçılmaz görünür və İrana qarşı təzyiqlər davam edəcək”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki