image-1backend

PSJ futbolçusu Lukas Ernandes insan alverində ittiham olunur

image-ads-728x90

Fransanın PSJ klubunun müdafiəçisi Lukas Ernandes və həyat yoldaşı insan alveri və qanunsuz məşğulluq ittihamları ilə üzləşiblər. Korrekt.az bu barədə  Paris-Match jurnalına istinadən məlumat verir.

Məlumata görə, şikayət beş Kolumbiya vətəndaşından ibarət bir ailə tərəfindən təqdim edilib. İddia olunur ki, həmin ailə üzvləri Ernandes cütlüyünün yanında rəsmi sənədlər olmadan çalışıblar. Şikayət hazırda Versal prokurorluğuna göndərilib.

Paris-Match-ın məlumatına əsasən, ailə üzvləri mühafizəçi, təhlükəsizlik işçisi, ev qulluqçusu, aşpaz və dayə kimi fəaliyyət göstəriblər.

Qeyd edək ki, 29 yaşlı Lukas Ernandes 2023-cü ilin yayından PSJ-də çıxış edir. O, Paris klubu ilə üç dəfə Fransa Superkuboku, iki dəfə Fransa çempionluğu və Fransa Kuboku qazanıb. Futbolçu karyerası ərzində Atletiko Madrid və Bayern Münhen klublarında da forma geyinib. Bayern ilə Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kuboku da daxil olmaqla bir sıra titullara sahib olub.

Ernandes Fransa milli komandasında 40 oyun keçirib, 6 məhsuldar ötürmə verib. O, milli komanda ilə 2018-ci il dünya çempionu, 2022-ci il dünya çempionatının finalçısı, 2021-ci il Millətlər Liqasının qalibi və 2025-ci il Millətlər Liqasının bürünc mükafatçısı olub.

Hazırda ittihamlarla bağlı rəsmi məhkəmə qərarı açıqlanmayıb, araşdırma davam edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki