image-1backend

Putin  Trampa: “İranda quru əməliyyatı qəbuledilməz və təhlükəli olacaq”   

image-ads-728x90

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı ABŞ-nin İranda quru əməliyyatları keçirməsinin “tamamilə qəbuledilməz” və təhlükəli olacağı barədə xəbərdarlıq edib.

Korrekt.az-ın TASS xəbər agentliyinə istinadən  verdiyi məlumata görə, Rusiya və Amerika prezidentləri bu gün bir saat yarımdan çox davam edən telefon danışığı aparıblar.

Qeyd olunur ki, prezidentlər İran və Fars körfəzi ətrafındakı vəziyyətə xüsusi diqqət yetiriblər.
Putin hesab edir ki, Donald Trampın İranla atəşkəsin uzadılması qərarı düzgün qərardır və danışıqlar üçün şərait yaratmalı və ümumilikdə vəziyyətin sabitləşməsinə kömək etməlidir.

Putinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov məsələ ilə bağlı deyib: “Rusiya prezidenti ABŞ və  İsrailin yenidən güc tətbiq edəcəyi təqdirdə təkcə İran və qonşuları üçün deyil, həm də bütün beynəlxalq ictimaiyyət üçün qaçılmaz və son dərəcə ciddi nəticələrin olacağını vurğulayıb”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki