image-1backend

Qacarlar dövrünə aid sikkə 10 manata satışa çıxarıldı – Bəs qədim pulların qiyməti nə qədərdir?

image-ads-728x90

Sosial şəbəkələrdə Qacarlar sülaləsi dövrünə aid olduğu bildirilən tarixi sikkə cəmi 10 manata satışa çıxarılıb. Elan kolleksiyaçılar arasında maraq doğurub.

Korrekt.az xəbər verir ki, satıcının paylaşımında qeyd olunur ki, sikkə İran Qacarlar sülaləsinin hökmdarları Müzəffərəddin şah (1896–1907) və ya Məhəmməd Əli şaha (1907–1909) aid 50 dinarlıq pul vahididir. Şəkillərə əsasən sikkənin bir üzündə farsca nominal və yazılar, digər üzündə isə Qacar dövlətinin simvollarından olan “Şir və Günəş” gerbi təsvir olunub.

Tarixçilərin fikrincə, bu tip 50 dinarlıq sikkələr XIX əsrin sonu – XX əsrin əvvəllərinə, təxminən 1890–1909-cu illərə aiddir. Yəni sikkənin yaşı 100 ildən çoxdur.

Bəs belə qədim sikkələr həqiqətən 10 manatadır?

Numizmatika bazarında qiymət sikkənin yaşından daha çox onun orijinallığından, nadirliyindən, zərb olunduğu ildən, metal tərkibindən və saxlanma vəziyyətindən asılıdır. Kütləvi dövriyyədə olmuş mis və ya mis-nikel Qacar sikkələri adətən 10–50 manat arasında təklif olunur. Daha yaxşı qorunmuş və nadir nümunələrin qiyməti isə 100–500 manat, bəzi hallarda isə bundan da yüksək ola bilər.

Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrdə çox aşağı qiymətə satışa çıxarılan qədim sikkələr alınarkən ehtiyatlı olmaq lazımdır. Çünki onların arasında sonradan hazırlanmış surətlər və ya səhv identifikasiya olunmuş nümunələrə də rast gəlinir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki