image-1backend

Qalibaf: ” Tramp bizi heç nəyə  məcbur edə bilməz”   

image-ads-728x90

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ hökumətinin İran limanlarının dəniz blokadasını davam etdirmək siyasətini Trampın “yeni strategiyası”nın bir hissəsi kimi təsvir edib.

Korrekt.az xəbər verir ki, Qalibaf deyib: “Bu, düşmənin yeni planıdır və bunun ən yaxşı sübutu Trampın ölkəni açıq şəkildə iki qrupa – ekstremistlərə və mötədillərə bölən mövqeyidir.
Tramp dəniz blokadasından danışır və sonra blokadanın İran razılığa gələnə qədər davam edəcəyini bildirir.
Trampın planının iqtisadi təzyiq və daxili mübahisələr yolu ilə İranı təslim olmağa məcbur etmək olduğu tamamilə aydındır”.

Qalibaf müharibənin əvvəlindən bəri ABŞ-nin bir sıra hərbi əməliyyatlarına istinad edərək iddia edib ki, ABŞ-nin Novruz bayramı zamanı uğursuzluğa düçar olmuş çevriliş kimi planları var.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki