image-1fa08f1c8211012a5ea5b07ebdbea618backend

“Qarabağ”dan tarixi uğur: Çempionlar Liqasında növbəti tur 

image-ads-728x90

UEFA Çempionlar Liqasında Azərbaycan futbolu üçün tarixi nəticə qeydə alınıb. “Qarabağ” əsas mərhələnin VIII turunda ağır səfər məğlubiyyətinə baxmayaraq, turnir cədvəlində 22-ci sırada qərarlaşaraq növbəti mərhələyə yüksəlib və klub tarixində mühüm uğura imza atıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda “Liverpul” (İngiltərə) – “Qarabağ” matçında meydan sahibləri böyük üstünlük əldə ediblər.

Korrekt.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşmada hesab 15-ci dəqiqədə Aleksis Makallisterin qolu ilə açılıb. 21-ci dəqiqədə Florian Virts fərqlənərək hesabı 2:0-a çatdırıb və komandalar fasiləyə bu nəticə ilə yollanıblar.

İkinci hissədə “Liverpul”un təzyiqi davam edib. 50-ci dəqiqədə Məhəmməd Salah üçüncü qolu vurub. Ardınca 57-ci dəqiqədə Yoqo Ekitike, 60-cı dəqiqədə isə Aleksis Makallister yenidən fərqlənərək dubl edib və hesabı 5:0-a yüksəldib. Oyunun 90+1-ci dəqiqəsində Federiko Kyeza adını tabloya yazdıraraq hesabı 6:0 edib.

Qeyd edək ki, “Qarabağ” turnir cədvəlində 22-ci sırada yer alaraq növbəti tura yüksəlib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki