image-1backend

Qarabağ müharibəsinin ilk qadın snayperlərindən olan Növrəstə Yusifova vəfat edib

image-ads-728x90

“Xalaqızı” ləqəbi ilə tanınan, Qarabağ müharibəsinin iştirakçısı Növrəstə Yusifova vəfat edib.

Korrekt.az xəbər verir ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova 1992–1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

Könüllü olaraq cəbhəyə yollanan Növrəstə Yusifova snayperi ilə səngərdə olub, döyüşlərin ən qızğın getdiyi istiqamətlərdə iştirak edib. O, Qarabağ müharibəsində Azərbaycanın ilk qadın snayperlərindən biri kimi tanınıb.

Növrəstə Yusifovanın vəfatı ilə əlaqədar onun yaxınlarına və döyüş yoldaşlarına başsağlığı verilib.

Allah rəhmət eləsin!



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki