image-1backend

İran səfiri “Sahar Azəri”nin yaydığı görüntülərə münasibət bildirib

image-ads-728x90

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Azərbaycanla İran arasında münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Korrekt.az xəbər verir ki, diplomat iki ölkənin qonşu və qohum xalqlar olduğunu, müxtəlif sahələrdə ortaq maraqların mövcudluğunu qeyd edib.

“Azərbaycanla İran arasındakı münasibətlərdə inkişaf müşahidə olunmalıdır. Çalışmalıyıq ki, bütün imkanlardan istifadə edərək iki ölkənin və xalqların maraqlarını təmin edəcək şəkildə əməkdaşlıq edək”, – deyə səfir bildirib.

Müctəba Dəmirçilu “Sahar Azəri” telekanalında Türkiyədə azərbaycanlı hicablı qadınlara dəstək məqsədilə aksiya keçirildiyi barədə yayılan məlumatla bağlı suala da cavab verib.

Səfir həmin xəbərlə tanış olmadığını bildirərək dezinformasiyanın ikitərəfli münasibətlərə mənfi təsir göstərməməsinin vacibliyini vurğulayıb.

“Çalışmalıyıq ki, hər hansı xəbər və hadisə münasibətlərimizə mənfi təsir göstərməsin. Nümayəndə heyətləri ilə görüşlərim olduğuna görə bu xəbəri görməmişəm. Amma razıyam ki, dezinformasiya münasibətlərimizə mənfi təsir göstərməməlidir. Münasibətlərin sağlamlaşdırılmasına mane olan amilləri aradan qaldırmağa çalışmalıyıq. Qarşılıqlı maraqlarımız yalnız ikitərəfli anlaşma yolu ilə təmin oluna bilər”, – deyə diplomat əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki