image-1backend

Qızılın qiyməti kəskin ucuzlaşıb

image-ads-728x90

Qızılın qiyməti ABŞ və İran nümayəndələrinin sülh danışıqları üzrə görüşəcəyi gözləntiləri fonunda aprelin 13-dən bəri ən aşağı səviyyəyə düşüb.

Qızılın ucuzlaşması davam edir və hazırda bir troya unsiyasının qiyməti 4800 dollar civarındadır. Yaxın Şərqdəki münaqişə başlayandan indiyədək qızılın qiyməti təxminən 8 faiz ucuzlaşıb.

ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” və “Citigroup”un analitikləri isə qızılın bir troya unsiyasının qiymətinin 5000-5400 dollara yüksələcəyini proqnozlaşdırırdılar.

Qeyd edək ki, qızılın qiyməti mart ayında 2008-ci ildəki qlobal maliyyə böhranından bəri ən pis aylıq göstərici nümayiş etdirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki