Şri-Lankanın Kolombo şəhərindəki Bandaranaike Beynəlxalq Hava Limanında 22 nəfərlik qrup ölkəyə 100 kq-dan çox narkotik idxal etməyə cəhd edərkən həbs edilib. Korrekt.az xəbər verir ki , Şri-Lankanın Kolombo şəhərindəki Bandaranaike Beynəlxalq Hava Limanında 22 nəfərlik qrup ölkəyə 112 kq narkotik idxal etməyə cəhd edərkən həbs edilib.
“Daily Mirror” qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qrup üzvləri arasında kannabis və həşiş aşkar ediblər. Qadağan olunmuş maddələrin ümumi dəyəri 3,45 milyon dollar olaraq qiymətləndirilir ki, bu da hava limanının tarixində ən böyük müsadirələrdən biri hesab olunur.





















