image-1backend

Ramin Məmmədov özünə yeni köməkçi təyin etdi (FOTO)

image-ads-728x90
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov özünə yeni köməkçi təyin edib.
Korrekt.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı sədr Ramin Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Abbasəli Bayramov sədrin köməkçisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A.Bayramov 1993-cü ildə Bakı şəhərində anadan olub. O, Ramin Məmmədovun Milli Məclisin deputatı olduğu dövrdə 2022-2024-cü illərdə köməkçisi işləyib.
2024-cü ildən isə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.


image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki