Ermənistan parlamentinin spikeri Ruben Rubinyan II Qareginin bütün ermənilərin katolikosu olmadığını bildirib.
Korrekt.az xəbər verir ki, Rubinyan bu fikirləri avqustun 27-də Milli Assambleyanın iclasında Ərazi İdarəetməsi və Ətraf Mühitin Mühafizəsi üzrə Daimi Parlament Komitəsinin sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı səsləndirib.
Parlament spikeri II Qaregini istefa verməyə çağırıb.
“O, mənim katolikosum deyil. O, bütün ermənilərin katolikosu deyil”, – deyə Rubinyan bildirib.
O, növbəti katolikosun hökumətyönlü və ya “Mülki Müqavilə” partiyasının nümayəndəsi olmasını istəmədiyini qeyd edib.
“Mənə növbəti katolikosun hökumətyönlü və ya “Mülki Müqavilə”nin nümayəndəsi olması lazım deyil. Qoy bütün ermənilərin katolikosu kimi hər kəs tərəfindən qəbul ediləcək, övladı olmayan bir şəxs olsun. Yaxud qaydaları dəyişdirib subaylıq andından imtinanı rəsmi şəkildə təsdiq etsinlər. Qoy onun uşaqları olsun”, – Rubinyan əlavə edib.





















