image-1backend

Rusiya  Avropa ölkələrini bu raketlə vuracaq – Hərbi ekspertdən ŞOK AÇIQLAMA  

image-ads-728x90

Rusiya “Oreshnik” raketlərini Belarusa ona görə köçürüb ki, Avropa ölkələrini vura bilsin. Korrekt.az xəbər verir ki, bu fikirləri  “Defense Express” nəşrinin baş redaktoru, hərbi ekspert Oleq Katkov, Kiyev24 kanalına verdiyi açıqlamada bildirib.

Hərbi ekspert hesab edir ki, “Oreshnik” raketlərinin minimum mənzili 700 km olduğu üçün bu silahların Avropaya daha yaxın yerləşdirilməsi vacibdir.

“Raketin ümumi mənzili isə 5000 km-ə qədərdir. Belarusun ən ucqar nöqtəsindən Kiyevə olan məsafə təxminən 660 km-dir, yəni bu raketlər Ukraynanın da daxil olduğu Avropa ölkələrinu vurmağa imkan verir. Sülh əldə edilməsə Rusiya Avropanı vuracaq. Bu hazırlıqlar məhz buna görədir.” -deyə Oleq Katkov bildirib.

Ukrayna Prezidenti Volodymyr Zelenski də yeni raket yerləşdirmə ilə bağlı beynəlxalq tərəfdaşlarla məlumatların paylaşıldığını bildirib.

Zelenski  “Oreshnik” raketlərinin Polşa, Almaniya və digər Avropa ölkələrini hədəf ala biləcəyini söyləyib.

Minsk rəhbərliyi, “Oreshnik” raketlərinin Belarusda yerləşdiriləcəyi barədə açıqlama verib və bu məlumat Ukrayna mediasında geniş müzakirələrə səbəb olub. Minsk iddia edib ki, raketin Kiyevə uçuş müddəti yalnız 1 dəqiqə 41 saniyədir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki