Almaniyada aparılan yeni sorğu göstərib ki, 18-29 yaş arası gənclər İslama Katolik Kilsəsindən daha çox etibar edirlər.
Korrekt.az xəbər verir ki, Forsa tərəfindən Stern, RTL və NTV üçün keçirilən sorğuda iştirak edən almanlar ümumilikdə ideoloji qurumlara aşağı səviyyədə etibar göstərsələr də, gənclər arasında vəziyyət fərqlidir. Belə ki, 18-29 yaş qrupunda İslama etibar edənlərin nisbəti 17 faiz, Katolik Kilsəsinə etibar edənlərin nisbəti isə 13 faizdir.
Sorğu nəticələrinə görə, Almaniyada Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə yüksək dərəcədə etibar edənlərin faizi 28 faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 12 bal artım deməkdir. 2015-ci ildə Papa Fransiskin etibar reytinqi 100 baldan 60-a qədər düşmüşdü.
Ümumilikdə kilsələrə inam 14 faizə yüksəlib ki, bu da 2022-ci ildəki 8 faiz səviyyəsindən 3 bal yüksəkdir. Protestant Kilsəsinə etibar edənlərin faizi isə 28 faiz olaraq qeydə alınıb, bu ötən illə müqayisədə 1 bal artım deməkdir.
İdeoloji qurumlar arasında almanlar ən çox Yəhudilərin Mərkəzi Şurasına etibar edirlər – 35 faiz. İslama etibar isə 7 faiz təşkil edir və bu göstərici əvvəlki illə müqayisədə 1 bal artıb.
Forsa sorğunu 3-12 dekabr 2025-ci il tarixləri arasında, təxminən 4 min nəfərlə keçirib.










