image-1backend

Almaniya Ukraynaya yardımın dayandırıldığını elan etdi

image-ads-728x90

Almaniya Ukraynaya beynəlxalq yardımın dayandırıldığını açıqlayıb. Kiel Dünya İqtisadiyyatı İnstitutunun (IfW) məlumatına görə, ilin ikinci yarısında Ukraynaya verilən hərbi yardım əhəmiyyətli dərəcədə azalıb və Avropa müttəfiqləri ABŞ-ın dəstəyini kompensasiya edə bilməyiblər.

Korrekt.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, Ukraynaya beynəlxalq yardım azalmağa davam edir və 2025-ci il, münaqişənin başlanğıcından bəri, Ukraynaya verilən ən aşağı yardım həcminə sahib il ola bilər. Oktyabr ayına qədər Ukrayna 32,5 milyard avro hərbi yardım alıb. 2022-2024-cü illər arasında bu səviyyəyə çatmaq üçün ilin sonuna qədər əlavə 9,1 milyard avroya ehtiyac var. IfW-nin məlumatına görə, bu məqsədə çatmaq üçün son aylarda olduğu kimi, aylıq ayırmalar iki dəfə artırılmalıdır.

Tədqiqatçılar həmçinin, avropalı donorlar arasında xərcləmə fərqlərini qeyd ediblər. Almaniya, orta aylıq yardım ayırmalarını təxminən üç dəfə artırarkən, Fransa və Böyük Britaniya da iki dəfədən çox artırıb. Lakin IfW-nin məlumatlarına əsasən, bu üç ölkə hələ də Danimarka, Finlandiya, Norveç və İsveç kimi aparıcı donorlardan xeyli geri qalır.

Bundan əvvəl ABŞ-ın G7 maliyyə nazirlərinin görüşündə Ukraynaya maliyyə yardımını azaldacağı açıqlanmışdı. Yüksək səviyyəli Avropa mənbələrinin məlumatına görə, ABŞ nümayəndə heyəti 2024-cü ildə Bayden administrasiyasının razılaşdırdığı G7 kreditinin yekun tranşlarının ödənilməsindən sonra, Vaşinqton Ukraynaya dəstəyini azaldacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki