image-img_3_1782924853120backend

Rusiya  çətin durumda: Qazaxıstandan benzin istəyir 

image-ads-728x90

Rusiya ölkədə yaranan yanacaq qıtlığını aradan qaldırmaq məqsədilə Qazaxıstandan benzin idxalı ilə bağlı danışıqlar aparır.

Korrekt.az xəbər verir ki, Reuters agentliyinin sənaye mənbələrinə istinadən yaydığı məlumata görə, Moskva təxminən 50 min ton AI-92 markalı benzinin tədarükünü müzakirə edir. Bildirilir ki, buna səbəb Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarından sonra Rusiyanın neft emalı zavodlarında yaranan fasilələr və nəticədə benzin istehsalının azalmasıdır.

Məlumata əsasən, yanacaq çatışmazlığı fonunda Rusiyanın bir sıra bölgələrində məhdudiyyətlər tətbiq olunub, hökumət isə daxili bazarda vəziyyəti sabitləşdirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bununla yanaşı, Qazaxıstanın energetika naziri Yerlan Aqqenjenov daha əvvəl bildirib ki, Astana bu məsələ ilə bağlı Moskvadan rəsmi müraciət almayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki