image-media-1-9ymkfpe6gxta281bzircbackend

“Rusiya Ermənistana təzyiqləri artıraraq seçkilərə təsir göstərməyə çalışır” – Politoloq 

image-ads-728x90

Rusiya Ermənistana təzyiqlərini davam etdirir. Bu gündən etibarən Ermənistandan kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına məhdudiyyət tətbiq olunub. Eyni zamanda, Astanada keçirilən tədbir çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistanla bağlı səsləndirdiyi fikirlər də diqqət çəkib.

Mövzu ilə bağlı suallarımızı politoloq Arzuman Muradlı cavablandırıb.
Politoloqun sözlərinə görə, Moskva Ermənistanda qarşıdan gələn seçkilər öncəsində rəsmi İrəvana təzyiqləri artırmaqla siyasi məqsədlərinə nail olmağa çalışır.

“Bu səbəbdən də Astanada Vladimir Putin Ermənistana yönəlik sərt mesajlar verdi. Paralel olaraq ABŞ rəsmilərinin İrəvana səfərləri onu göstərir ki, rəsmi Vaşinqton Ermənistanı tək buraxmaq niyyətində deyil”, – deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Moskva Ermənistanda daxili siyasi proseslərə təsir göstərməyə cəhd edə bilər.

“Rəsmi İrəvan son dövrlərdə Kremlin təsir dairəsindən uzaqlaşmağa çalışır. Ermənistanın xarici siyasətdə Rusiyadan məsafələnməsi Moskvanın narahatlığına və qəzəbinə səbəb olur. Bir sözlə, Ermənistan hazırda Rusiyadan qopmaq və alternativ tərəfdaşlarla münasibətlərini gücləndirmək kursunu davam etdirir”, – deyə Arzuman Muradlı vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki