image-1backend

“Rusiya xalqlar həbsxanasıdır” deyimi kimə aiddir? – Sabiq nazir AÇIQLADI

image-ads-728x90

Diplomat, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya təbliğatçılarının anti-Azərbaycan kampaniyasında nümayiş etdirdikləri savadsızlığı və tarixi faktları təhrif etməyini sərt tənqid edib.

Korrekt.az  xəbər verir ki, diplomat rusiyalı təbliğatçıların metropoliya və müstəmləkə mövzusunda Süni İntellekt (Sİ) alətlərinin verdiyi yanlış məlumatlara istinad edərək gülünc vəziyyətə düşdüklərini bildirib.

T.Zülfüqarov qeyd edib ki, rus təbliğatçıları “Rusiya – xalqlar həbsxanasıdır” formulunun güya 1914-cü ildə Vladimir Lenin tərəfindən uydurulduğunu və ilk dəfə onun “Böyük rusların milli qüruru haqqında” məqaləsində işlədildiyini iddia edirlər

Lakin kemiş nazir bu iddianın kökündən yanlış və savadsızlıq mahsulu olduğunu vurğulayıb. Diplomatın sözlərinə görə, bu məşhur frazanı Lenin icad etməyib. Deyim ilk dəfə fransız aristokratı və yazıçısı Astolf de Kyustin tərəfindən 1839-cu ildə Çar Rusiyasına səfərindən sonra qələmə aldığı “1839-cu ildə Rusiya” kitabında işlədilib.

Kyustin Romanovlar imperiyasının qeyri-rus xalqlarına qarşı yürütdüyü amansız siyasəti və mütləqiyyət rejimini məhz bu ifadə ilə xarakterizə edib. Lenin isə 1914-cü ildə sadəcə artıq bəlli olan bu politoloji aforizmdən istifadə edərək Çar hökumətini tənqid edib.

Tofiq Zülfüqarov əlavə edib ki, 1930-cu illərdə sovet təbliğatı bu devizdən rəsmi ştampla istifadə etməyə başlasa da, sonradan imperialist mahiyyəti gizlətmək üçün ideoloji xətt dəyişdirilmişdi.

Diplomat bu nümunə ilə Rusiya mediasında anti-Azərbaycan kampaniyası aparanların nə dərəcədə qeyri-peşəkar, ibtidai biliklərdən xəbərsiz olduqlarını xüsusi vurğulayıb.”AzPolitika.info”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki