image-thumbs_b_c_fa45ae244c64ac4a5e40d2db36fd0addbackend

Rusiyadan Türkiyəyə gedən turistlərin sayı kəskin artdı

image-ads-728x90

Rusiyadan Türkiyəyə səfər edən turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Korrekt.az xəbər verir ki, ATOR-un (Rusiya Tur Operatorları Assosiasiyası) yaydığı məlumata görə, xarici istiqamətlər üzrə rezervasiyalarda 57 faiz payla lider olan Türkiyəyə yay mövsümü ərzində təxminən 2,9–3 milyon rus turistin səfər edəcəyi gözlənilir.

Qeyd olunub ki, 2026-cı ilin yay mövsümü üçün xarici turların rezervasiyası ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb. Bildirilib ki, Yaxın Şərqdə müşahidə olunan siyasi gərginlik və BƏƏ istiqamətində yaranan məhdudiyyətlər alternativ turizm bazarlarının cəlbediciliyini azaldıb. Nəticədə turist axını əsasən Türkiyə, Misir, Vyetnam və Çin istiqamətlərinə yönəlib.

Məlumatda həmçinin vurğulanıb ki, Şengen vizalarının əldə olunması ilə bağlı sərt qaydalar rus turistlərin Avropa ölkələrinə səfərlərini çətinləşdirib. Bu amil isə vizasız rejim və geniş uçuş şəbəkəsinə malik Türkiyənin üstünlüyünü daha da artırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki