Ermənistanana səfər edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Şahin Mustafayev doğulduğu yer olan Barana rayonunun Cücevan qəsəbəsini ziyarət etmək istəyini bildirib.
Korrekt.az News.am saytına istinadən xəbər verir ki, Şahin Mustafayevin səfərinin nə zaman baş tutacağına Cücevan qəsəbəsinin inzibati rəhbəri Hambardzum Petrosyan belə cavab verib.
“Hazırda kənddə heç bir hərəkət yoxdur. Jurnalistlər sadəcə zəng edib dedilər ki, “Belə bir şey var”.”
Administrasiya rəhbəri belə bir məlumata malik olmadığını bildirdi.





















